“Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forumuna gələnləri ac yola saldılar.

Azərbaycan Yazıçılar Birliyinin Qrultayındakı biyabırçılıqdan sonra YAP-ın 30 illik yubileyində müxalifətin lideri kimi hazırlanan Əli İnsanov vasitəsi ilə sərsəm fikirlər avam xalqa ötürülür. Bir qədər sonra 23.11.2022-ci il tarixində Bakı Konqres Mərkəzində Qadın Sahibkarların V formunda hərə öz bildiyindən danışır , Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının nümayəndəsi Təmraz Tağıyev Qadın Sahibkarların V formunda artıq keçmişdə qalan YAP-in 30 illik yubileyi münasibəti ilə özlərin təbrik edir. YAP yığıncağına çevrilimiş Qadın Sahibkarların V formunda əksəriyyət YAP sevdalılardan ibarət idilər. Bu halda sual olunur nə üçün forum Avropa İttifaqı tərəfindən maliyyələşdirilməlidir? Avropa İttifaqı alternativ olaraq hansı müstəqil vətəndaş cəmiyyəti koalisiyasının tədbirini maliyyələşdirir? Təbdirdə lazımsız və boş boş söz danışanlar o qədər idiki, gündəliklə uzlaşma pozulmuşdu və bu AQSİ İdarə Heyyətinin sədri Səkinə Babayevanın səriştəsizliyini göstərirdi.

Bu azmış kimi Səkinə Babayeva bir aldadici fənd işlədir , ikinci paneldə moderatorludan sonra bütün hazır yeyənləri özü ilə nahara aparır və tədbirdə qalan insanları saat 14-00 nahara çıxmasını elan etdirir. Qeyd edirəm ki, sinəsinə qadin sahibkar kimi döyən qadın liderlərin təşkil etdiyi forumda adi çay və kofeni belə iştirakçılara pulla satırdılar. Nahar isə ümümiyyətlə iştirakçılar verilmədən , yola salındı.

Belə olan halda kim bu kimi qadınlara “yaşıl işıq” yandırar ? Adi bir tədbiri yarıtmaz təşkil edən, insanlar baş ağrısı ilə məcbur olub tədbiri tərk etməsi hansı liderlik və professionarlıq əlamətidir??

Hamısını Göstər

Related Articles

Back to top button