Ukrayna Dünya Bankından 60 milyon dollar alıb.

Dünya Bankı dövlət qurumları və təhsil müəssisələri işçilərinin maaşlarının ödənilməsi üçün Ukraynaya 60 milyon dollar köçürüb.

Bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

Məbləğ Ukrayna büdcəsinə noyabrın 22-də daxil olub. Belə ki, 50 milyon dollar güzəştli şərtlərlə Beynəlxalq İnkişaf Assosiasiyası, 10 milyon dolları isə Latviya tərəfindən verilib.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, bu ilin fevralından Dünya Bankı Ukraynaya 11 milyard dollardan çox vəsait ayırıb.

Ukrayna Milli Bankının məlumatına görə, BVF, Avropa İttifaqı, Avropa İnvestisiya Bankı, Dünya Bankı və xarici hökumətlər vasitəsilə Ukraynaya verilən və vəd edilən maliyyə yardımının ümumi həcmi təxminən 30 milyard dollar qiymətləndirilir.

Hamısını Göstər

Related Articles

Back to top button