Ukrayna Rusiya ərazisini vurdu

Rusiyanın Bryansk vilayətində energetika obyekti dron hücumuna məruz qalıb.

Bu barədə regionun rəhbəri Aleksandr Boqomaz Teleqram kanalında məlumat verib.

“PUA-nın Trubçevski rayonunda rayon elektrik şəbəkəsinə hücumu nəticəsində administrativ bina və avtomobilə zərər dəyib. Zərərçəkən yoxdur”, – deyə o bildirib.

Hadisə yerində xüsusi xidmət orqanları çalışır.

Qeyd edək ki, Braynsk Ukraynanın Sum vilayəti ilə həmsərhəddir.

Hamısını Göstər

Related Articles

Back to top button