Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Mübadilə çərçivəsində 140 ukraynalı vətənə qayıdıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Aleksandr Yermak məlumat verib.

Yermak qeyd edib ki, dəyişdirilənlərdən səkkizi qadındır. Geri qaytarılanlar arasında Baxmutun və mariupolun müdafiəşiləri üstünlük təşkil edir.

Xatırladaq ki, Ukrayna tərəfi indiyədək 1600 vətəndaşını əsirlikdən azad edə bilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button