Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
“Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının atəşə tutulmasını pisləyir və günahkarların məsuliyyətə cəlb olunacağını qeyd edir”.
Bunu Ukrayna XİN-in mətbuat katibi Katerina Zelenko deyib.
“Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binalarının naməlum şəxslər tərəfindən atəşə tutulmasını kəskin şəkildə pisləyirik. Hüquq mühafizə orqanları artıq lazımi istintaq hərəkətlərinə başlayıblar”, – Zelenko bildirib.
XİN hadisəni törədənlərin tapılaraq ədalət təslim edilməli olduğunu vurğulayıb.