“Ukraynada məğlubiyyətdən sonra “xüsusi əməliyyat” Rusiyanın özündə başlanacaq” – Arestoviç

Rusiyanın Ukraynaya qarşı ilk böyük uğursuzluğu Xersonun işğaldan azad edilməsi olacaq.

Bu barədə Prezident Ofisi başçısının müşaviri Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyginə müsahibəsində bəyan edib.

O, qeyd edib ki, hazırda Rusiyada hamı onun ordusunun hücumuna arxalanır, amma Ukrayna hərbçilərinin əks-hücuma keçməsindən sonra Rusiyada isterika başlayacaq.

«Biz hücuma keçən zaman, gec və ya tez biz başlayacağıq. Böyük ehtimalla, tez. O, zaman Rusiya cəmiyyətində və hakimiyyətin yüksək dairələrində isterika elə həddə çatacaq ki, bu, bizim yuxumuza da girməz. Rusiyada hamı arxalanır ki, ordu hücum edir və enerji daşıyıcılarının qiyməti yüksəkdir. Biz, Xersonu nəzarət altına qaytarandan sonra, bu, Rusiyanın uğursuzluğunun ilk böyük addımı olacaq» – Arestoviç deyib.

O, hazırda baş verənləri «rusun uzadılmış məğlubiyyəti» adlandırıb ki, bundan sonra «xüsusi əməliyyat» Rusiyanın özündə başlayacaq. «Orada nizamı kim yaradacaq? Ukraynalı sülhməramlılar. İntervensiya şəklində yox, şərti müvəqqəti hökumətin dəvəti üzrə» – Arestoviç hesab edir.

Hamısını Göstər

Related Articles

Back to top button