Ukraynanın Zaporojye əyalətinin 60 faizi ələ keçirildi

2022-ci ilin iyun ayına olan məlumata görə, Ukraynanın Zaporojye əyalətinin demək olar, 60 %-i Rusiya qoşunları tərəfindən ələ keçirilib.

Bu barədə Ukrayna Prezidentinin saytı xəbər verir.

Bildirilir ki, yerli vilayət administrasiyasının rəhbəri Aleksandr Starux Prezident Volodimir Zelenskiyə region ərazisinin demək olar ki, 60 %-nin müvəqqəti olaraq Rusiya qoşunları tərəfindən işğal edildiyini və yerlərdə döyüşlərin davam etdiyini bildirib.

Onun sözlərinə görə, düşmən 2 701 infrastruktur obyektini dağıdıb, onlardan bu günə qədər 700-ə yaxını bərpa edilib.

“Son 15 gündə ən çox insan Xerson vilayətindən gəlib. Həmçinin Mariupoldan da gəliblər”, – Starux əlavə edib

Hamısını Göstər

Related Articles

Back to top button