“Ulu Öndər Heydər Əliyev dünya miqyaslı dahi lider idi”

Liderlər cəmiyyət, ölkələri və ya region uçun önəmli ola bilər. Lakin Ulu Öndər Heydər Əliyev dünya miqyaslı dahi lider idi.

Polisə.az xəbər verir ki, bu fikirləri ölkəmizdə işgüzar səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə martın 12-də keçirilən tədbirdə söyləyib.

Ölkələrimizin oxşar tarixə malik olduqlarını vurğulayan Bayram Beqay Azərbaycanın və Albaniyanın sovet dövründə totalitar rejimdən əziyyət çəkdiklərini bildirib. Ölkələrimizin etnik münaqişələr və iqtisadi çətinliklərin öhdəsindən uğurla gələrək bu gün sürətlə inkişaf etdiklərini deyən Albaniya Prezidenti bildirib: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strategiya, onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan çətinliklərin öhdəsindən bacarıqla gəlib, xoşbəxt gələcəyin əsası qoyulub. Ölkələrimiz Cənub Qaz Dəhlizi kimi mühüm layihələrlə regional ve qlobal sülhə töhfə verirlər”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button