ÜST-dən bədbin proqnoz: “Bu, həyatımızda son pandemiya olmayacaq”

2020-ci ildə yayılan virus həyatımızda son pandemiya olmayacaq, bu səbəbdən dünya ölkələri səhiyyə sistemlərini gücləndirməli və yeni fövqəladə vəziyyətlərə hazır olmalıdır.

TASS agentliyi xəbər verir ki, bu sözləri Cenevrədə Beynəlxalq Epidemiya əleyhinə hazırlıq Günü ilə əlaqədar videomüraciətində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

İnanmaq çətindir ki, bir il əvvəl COVID-19 barədə məlumatsız idik. Son 12 ay ərzində dünyamız alt-üst oldu. Koronavirusun fəsadları öz hüdudlarından kənara çıxdı, cəmiyyətlər və iqtisadiyyatların gələcək inkişafına təsir göstərdi”

Baş verənlərdən dərs çıxarmaq lazım olduğunu söyləyən ÜST-ün Baş direktoru, investisiyaları fövqəladə halların qarşısının alınmasına və ilkin səhiyyə xidmətinin inkişafına yönəldilməli olduğunu söyləyib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close