ÜST Kiyevin qətnaməsini qəbul, Rusiyanın layihəsini isə rədd etdi

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci iclasının iştirakçıları Ukraynada səhiyyə sahəsində fövqəladə vəziyyətə dair qətnamə qəbul ediblər.

Rusiya, Belarus və Suriyanın təşəbbüsü ilə hazırlanan analoji sənəd isə rədd edilib.

ÜST üzvü olan 88 ölkə Ukraynanın təşəbbüsü ilə qəbul edilən qətnamənin lehinə, 12 ölkə əleyhinə səs verib. 53 ölkə bitərəf qalıb.

15 lehinə, 66 əleyhinə səs toplayan Rusiya qətnaməsi isə rədd edilib.

Bir sıra Aİ ölkələri, o cümlədən Gürcüstan, Moldova, Böyük Britaniya, Türkiyə və ABŞ Ukraynanın təklif etdiyi sənədin həmmüəllifləri olublar.

Ukraynanın qətnaməsi xüsusilə Rusiyanı xəstəxanalara və digər səhiyyə müəssisələrinə edilən bütün hücumları dərhal dayandırmağa, tibb və humanitar personalın statusuna hörmət etməyə çağırır.

Hamısını Göstər

Related Articles

Back to top button