ÜST rəsmisi pandemiyanın bitəcəyi vaxtı açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe yeni növ koronavirus epidemiyasının 2022-ci ilin əvvəllərində sona çatacağını deyib.

Klüqe mutasiyaların sürətlə yayılmasına görə narahat olduğunu bildirib.

Onun sözlərinə görə, 2020-ci ildən fərqli olaraq, 2021-ci ildə COVID-19 virusuna yoluxma nisbətən idarə olunması ilə fərqlənəcək.

ÜST səlahiyyətlisi bildirib ki, ən pis ssenari bitib və hazırda virusla bağlı daha çox məlumat mövcuddur.

Klüqe ehtimal edib ki, epidemiya 2022-ci ilin əvvəllərində sona çatacaq:

“Bu virus mövcud olmağa davam edəcək, amma məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm. Bu, nikbin mesajdır”.

Klüqe mutasiyalara görə yeni peyvəndə ehtiyacın olmadığını da deyib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close