Üzərindən metamfetamin, heroin aşkarlanan şəxslər saxlanıldı

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Nigar Bağırova saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 200 qramdan artıq metamfetamin və 1 kiloqramdan çox marixuana aşkar edilərək götürülmüşdür.

***

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Abas Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür.

Hamısını Göstər

Related Articles

Back to top button