Vəzifəsindən suistifadə edən məmurlar hissə-hissə dəyişməlidir-DEPUTAT

“Bu gün bütün sahələrdə islahatların aparılmasına ehtiyac var”.

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, cənab prezident tərəfindən bir çox sahələrdə aparılan islahatlar davam etməkdədir:

“Bir müddət əvvəl icra başçıları, nazir müavinləri və digər vəzifəli şəxslər həbs edildi.
Düşünürəm ki, səlahiyyətindən sui istifadə edib, vətəndaşları incidən, onların mallarını, pullarını mənimsəyən hər bir məmur üçün bu həbslər davam edəcək.Təəssüf ki, vəzifələrini doğru icra etməyən və verilən tapşırıqları zamanında yerinə yetirməyən bəzi məmurlar var. Belə ki, suvarma suyu ilə bağlı dövlətdən vəsait ayrılır. Bir neçə müddətdir ki, su problemi ortaya çıxdı. Cənab prezident tapşırıq verəndən sonra bu məsələyə məsuliyyət artdı. Artıq xəbərlərdə eşidirik ki, flan rayonun və kəndin su ilə bağlı problemi həll edildi. Problem necə həll olundu?

Hansı kanalın qarşısı açıq idisə onun tutub yönləndirdilər həmin rayona. Təbii ki,bunu cənab prezident deməmişdən öncə də edə bilərdilər. O biri işlər də eləcə. Xatırlayırsınızsa bizim işıqla bağlı problemimiz hər zaman gizlədilirdi. Lakin bütün ölkə üzrə işıqlar sönən zaman problemlər aşkara çıxdı. Ona kimi cənab prezidentə informasiya çatdırılırdı ki, hər şey yaxşıdı. Sonra bəlli oldu ki, ayrılan vəsaitlər adiyyəti üzrə xərclənməyibdir. Cənab prezidentin apardığı islahatlardan sonra bu sahədə olan problem aradan qaldırıldı. Yenə də insan faktoru öz sözünü dedi”.

Deputat vurğulayıb ki, cənab prezident hər dəfə keçirdiyi müşavirələrdə problemlərlə bağlı suallar verir:

“Bəzi məmurlar cənab prezidentin problemlərlə bağlı verdiyi sualı cavablandıra bilmir. Bu bir daha onu göstərir ki, bəzi məmurlar öz vəzifələrinin öhtəsindən gələ bilmirlər. Əgər bu kimi hallar olmasaydı bugünkü həbslər də olmazdı. İcra başçısı hansı yollarla o qədər milyonlara sahib ola bilir? Kimə havayı gətirib milyonlar verirlər?

Bir də görürsən qanunsuz villalar və binalar tikilir. Amma nədənsə bunlardan icra başçısının xəbəri olmur. Bu gün heç kim evində bir mismar vura bilmir. O saat vətəndaşın başının üstünü kəsdirirlər. Necə ola bilər ki, o boyda bina və vilalar tikilir, amma xəbərləri olmur.

Dağda yaşayan kəndçi kimin nə aldığından xəbəri olur. Amma onların heç nədən xəbərləri olmur. Belə şey olar. Ona görə də hesab edirəm ki, səlahiyyətindən suistifadə edən, ona tapşırılan işi zamanında görməyi bacarmayan və ancaq öz maddi təminatını düşünən məmurlar hissə-hissə dəyişməlidir. Yerlərinə savadlı, vətənpərvər və xalqı üçün çalışan gənclər gəlməlidir. Gənclərimiz üçün yaşamağa və işləməyə münasib şərait olsa, onlar üçün yetərlidir. Bu gün o məmurlardan fərqli olaraq gənclərimiz vətəndaşlarımızın problemləri ilə yaxından maraqlanaraq, ən qısa müddətdə problemin aradan qaldırılması üçün çalışırlar. Ona görə də düşünürəm ki, aparılan islahatların davam etdirilməsi vacibdir”.

Mənbə
sonxeber.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close