Vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata
görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından pul oğurlayan
şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Akif İbrahimov olduğu müəyyən
edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman
olduğunu bildirib.
İstintaq zamanı məlum olub ki, A.İbrahimov rayon ərazisində yerləşən
bankomatların qarşısında dayanaraq əvvəlcə ondan kömək istəyən şəxslərin kart
məlumatlarını əldə edib, daha sonra isə zərərçəkənlərə kartlarında pul olmadığı
bildirib. Zərərçəkmişlər ordan uzaqlaşdıqdan sonra isə həmin kart məlumatlarını öz
mobil telefonuna əlavə edərək, kartların balansında olan pul vəsaitlərini
istifadəsində olan başqa bir karta köçürərək vətəndaşların pullarını ələ keçirib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan
şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Akif İbrahimovun digər analoji cinayətlərdə iştirakını da
istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa,
DİN-in “102” xidmətinə, həmçinin Salyan RPŞ-nə müraciət etmələri xahiş olunur.

Hamısını Göstər

Related Articles

Back to top button