Vasif Talıbov hansı ölkənin kəşfiyyatına işləyib? 

Naxçıvan Ali Məclisinin eks-sədri Vasif Talıbovun “səhhətiylə əlaqədar” vəzifəsindən getməsindən sonra onun personası ətrafında yaranan ajiotaj səngimək bilmir. Sabiq sədrlə bağlı ortaya hər gün yeni iddialar atılır. 

Bu dəfə də onun İran və Rusiya agenturasına işləməklə yanaşı, həmçinin, PKK ilə əlaqələrinin olması barədə ittihamlar səslənir. Hətta V.Talıbovu 9 noyabrda Naxçıvan ərazisində Rusiya helikopterinin vurulması məsələsində də günahkar bilənlər var.

Hazırda hədəf taxtasında olan Talıbovun yeni “sərgüzəştləri”nin olacağı da istisna edilmir.

Məsələyə bağlı Yenisabah.az-a danışan politoloq Qabil Hüseynli səslənən iddialara münasibət bildirib:

“Mən Vasif Talıbovun xarici kəşfiyyat ilə əlaqəsinin olduğunu bilmirəm. Mətbuatdan oxuyub bu haqda fikir bildirirəm. Ona görə də kompromat, yaxud əşyayi-dəlil deyilən şeylər ki var, bunlar haqqında heç bir məlumatım yoxdur”. 

“Amma hakimiyyət orqanlarının, xüsusilə də DTX-nin Naxçıvanda apardığı yoxlamalar, həbs etdiyi adamlar, onunla bağlı yayılan rəsmi məlumatlar onu göstərir ki, Vasif Talıbov bu illərdə Naxçıvanı doğrudan da “xan” kimi idarə edib. Bu faktın özü də onu sübut edir ki, Naxçıvan əhalisinin vəziyyəti necə olub. Üstəlik, onun bir sıra qadağaları ilə bağlı yerli əhalinin iddiaları var.

Mən buna təəccüb edirəm ki, bu qədər yayılan materiallardan sonra nəyi sübut etməliyik?! Qaradan artıq rəng ola bilər?! Hər şey ortadadır axı?!”, – deyə politoloq fikrini tamamlayıb. 

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button