Vasif Talıbovun tutdurduğu sabiq nazirlə bağlı ziddiyyətli xəbərlər

Ramiz Rzayev Əhməd Əhmədovun şikayətinin gizli araşdırılmasına çalışır 

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun  həbsdən azad olunması xəbəri yayılıb. Məlumata görə, noyabrın 28-də Bakı Apelyasiya Məhkəməsində Əhməd Əhmədovun şikayətinə baxılıb və sabiq nazirin iddiası təmin olunub. Əhməd Əhmədov məhkəmə zalından sərbəst buraxılıb.

Əhməd Əhmədovun azad olunması barəsində xəbəri dəqiqləşdirmək üçün Bakı Apelyasiya Məhkəməsinin müvafiq şöbəsi ilə əlaqə saxladıq. Şöbədən Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Hüseyn oğlu Əhmədovun şikayətinin daxil olmadığını bildiriblər. 

Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirildi

Əhməd Əhmədovla bağlı yayılan xəbərdə isə deyilir ki, Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirilib. Məlumata görə, sabiq nazirin saxlandığı cəzaçəkmə müəssisəsində səhhəti ağırlaşıb. Bu səbəbdən o, cəzaçəkmə müəssisəsindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə köçürülüb. Bildirilir ki, Əhməd Əhmədovun barəsində hökmdən Ali Məhkəməyə kasasiya şikayəti verilib.

Musavat.com-un əməkdaşı Əhməd Əhmədovun şikayətinin daxil olub-olmaması, nə vaxt baxılacağı ilə bağlı informasiya sorğusu ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin ümumi şöbəsinin əməkdaşı deyib ki, sorğuya cavab verilməsinə rəhbərlik icazə vermir. Əhməd Əhmədovla bağlı yayılan sıradan bir məlumata Ali Məhkəmə rəhbərliyinin “dövlət sirri” kimi yanaşmanın isə özəl səbəbləri var. 

Ramiz Rzayev: “Azərbaycanda hakimlərin sayı azdır”

Azərbaycanın Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovla yaxşı münasibətləri var. Ramiz Rzayev Azərbaycanın az saylı yüksək vəzifə sahiblərindəndir ki, Vasif Talıbov onu Naxçıvana dəvət edir, rəsmi tədbirlərdə yan-yana oturub foto çəkdirir. Görünür, Ali Məhkəmə sədri Ramiz Rzayevin işçiləri Əhməd Əhmədovla bağlı sorğuya cavab verilməsini Vasif Talıbova xoş getməyəcəyini düşünür. Bu baxımdan da Əhməd Əhmədovla bağlı xəbərə reaksiya verilməməsi ilə çətin günlər yaşayan Vasif Talıbova jest edir. Qeyd edək ki, Naxçıvan Ali Məhkəməsindən də  Əhməd Əhmədovla bağlı məlumata aydınlıq gətirmək istəməyiblər.  

Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunub və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilib. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılırdı. Onun Naxçıvanda, Vasif Talıbovun ən yaxın çevrəsində baş verən həbslər fonunda azadlığa buraxılması xəbərinin yayılması maraq doğurur. 

Vasif Talıbov bir qrup şəxsi təltif edib -

17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2017-ci il iyulun 28-də vəzifəsindən azad edilib. Bundan sonra bir müddət onun faktiki olaraq hərəkət sərbəstliyi olmayıb. Ona qeyri-rəsmi olaraq Naxçıvan ərazisini tərk etmək qadağan olunmuşdu. Sonradan isə sabiq nazirə qarşı bir qədər yumşalma oldu, onu Naxçıvandan Bakıya gəlməyə izn verdilər. 4 il sonra isə Əhməd Əhmədovun həbsi üçün Naxçıvandan Bakıya xüsusi qrup göndərilib. Onu Bakıxanovda yerləşən obyektlərindən birində həbs ediblər. Qoluna qandal vurulan sabiq nazir xüsusi kobudluqla Naxçıvana aparılıb. Sonradan barəsində 11 illik həbs cəzası çıxarılıb. 

Əhməd Əhmədov özü də “süddən çıxan ağ qaşıq” deyil. Naxçıvanın daxili işlər naziri vəzifəsini tutduğu dövrdə Əhməd Əhmədov özünün qəddarlıqları ilə ad çıxarmışdı. Hətta Ali Məclis sədrinə də faktiki tabesizlik nümayiş etdirməsi barədə məlumat vardı. Belə ki, 2017-ci il iyunun 18-də Naxçıvan gömrükçüləri tərəfindən külli miqdarda narkotik qaçaqmalçılığının qarşısının alıblar. Həmin gün Naxçıvanın İranla sərhəd Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində Türkiyə Respublikası vətəndaş, 1967-ci ildə anadan olmuş Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınına gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsində 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93,6 kq olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb. Narkotik yüklü TIR-ın Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran üzərindən Türkiyəyə gedəcəyi müəyyən olunub. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən cinayət işi açılıb. Təhqiqat aparılıb. Böyük miqdarda heroinin sərhəddən keçirilməsinin qarşısının alınmasında iştirak edən gömrük əməkdaşları Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tərəfindən mükafatlandırılıb. Maraqlıdır ki, həmin narkotik qaçaqmalçılığı cəhdindən dərhal sonra Naxçıvanın Türkiyə ilə sərhəddəki Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidov işdən çıxarılıb. Seyidov 2013-cü ildə Türkiyədə Naxçıvanla sərhəd gömrüyünün əməkdaşlarının korrupsiya və rüşvət işi üzrə həbs edilmişdi, daha sonra azadlığa buraxılmışdı və vəzifəsinə geri qaytarılmışdı. Mənbələrimiz bildirir ki, Seydovun işdən çıxarılması da həmin 93 kq narkotiklə əlaqəlidir. Çünki Şahtaxtı gömrüyündən Naxçıvana keçirilən narkotik daha sonra Sədərək gömrüyündən keçirilməklə Türkiyəyə aparılmalıydı. Lakin təhqiqat zamanı Naxçıvan üzərindən narkotik qaçaqmalçılığı işinin Naxçıvanda yüksək vəzifə tutunlara gedib çıxdığı məlum olub. Və bu fakt Əhmədovun işdən çıxarılmasında həlledici rol oynayıb. Xatırladaq ki, Əhmədov işdən çıxarılandan sonra  Naxçıvanın Türkiyə ilə sərhəddəki Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidov odlu silahdan atəş açmaqla özünü öldürüb. Onun müəmmalı ölümü ilə narkotik qaçaqmalçılığı cinayətinin üstünün açılması arasında əlaqələrin olması ehtimalı var. 

Hamısını Göstər

Related Articles

Back to top button