“VAZ-21015 ” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata
görə, bu gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun
İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat
hadisəsi baş verib. 
İmişli rayon sakini X.Bayramov idarə etdiyi “VAZ-21015 ” markalı minik
avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan
çıxaraq aşıb.
Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan sərnişin, rayon sakini F.Bayramov müxtəlif dərəcəli
bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir neçə
saat sonra orada vəfat edib.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb,
araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button