Vilayət Eyvazov vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il iyul ayının 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Polise.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.07.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button