Vilayət Eyvazov zərərsizləşdirilən cinayət qrupların sayını açıqladı

İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.

Respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.

Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

V.Eyvazov şəxsi heyətin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldilməsi üçün ardıcıl iş aparıldığını da qeyd edib.

O bildirib ki, son 18 ildə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 17 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 58 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 13 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. 

Bu gün isə işğaldan azad olunmuş ərazilərdə polisin öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirməsini xüsusilə qeyd edən nazir ölkə başçısının bu peşə bayramı ərəfəsində 26 əməkdaşın dövlət mükafatları ilə təltif edildiyini, dörd rəhbər vəzifəli əməkdaşa ali xüsusi rütbə verildiyini xatırladaraq, bunun cənab Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu bildirib, eyni zamanda, daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini dövlət başçısının yüksək qiymətləndirdiyini, eləcə də respublika ictimaiyyəti tərəfindən təqdir olunduğunu məmnunluq hissi ilə vurğulayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close