Xaçmazda “Oba” marketdən seyf oğurlayan şəxslər saxlanılıblar

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə,  Xaçmaz Rayon  Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov  və Əli Əliyev saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan “Oba” marketdən içərisində 2000 (iki min) manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını səmimi etiraf ediblər.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button