Xankəndi ilə bağlı mühüm məqam: Sərkisyanın qorxusu… – Şok faktlar

Ermənistanın sabiq prezidenti, qatil, hərbi cani Serj Sərkisyanın etirafları bir çox mətləblərdən xəbər verir. Bu o qənaəti yaradıb ki, bütün ermənilər işğal etdikləri torpaqların onlara məxsus olmadığını bilir. Sadəcə olaraq onlar hər zaman “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayıblar.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

1992-ci ildə Xocalıda icra hakimiyyətinin rəhbəri işləmiş millət vəkili S.Sərkisyanın kimliyi ilə bağlı da faktları açıqlayıb:

“S.Sərkisyan ali məktəbi bitirib Xankəndində vilayət, şəhər komsomol komitələrində çalışıb. Onun bundan başqa vəzifələri olmayıb. Bir qrup komsomol partiya işçiləri SSRİ dövlət təhlükəsizlik komitəsinin agentura şəbəkəsinin üzvləri olub. Onlar həmin dövrlərə hazırlıq keçə-keçə gəlib çıxmışdılar. 1988-ci ildə məlum hadisələr başlayan kimi bu qrup özlərini artıq üzə çıxardılar. Ondan sonra proseslərdə aktiv rol almağa başladılar”.

Deputat xatırladıb ki, Azərbaycan xalqı üçün bu “bomba” 1923-cü ildən qoyulub:

“Qondarma Dağlıq Qarabağ muxtar vilayəti yarandığı gündən mərhələ-mərhələ bu proseslər gedirdi. 1988-ci ildə isə satqın Mixail Qorbaçovun arvadı Raisanın razılığı, ABŞ prezidenti Con Kerrinin Moskvaya məktubları, Aqambekyanın Fransadakı məlum bəyanatları hazırlanmış, razılaşdırılmış məsələlər idi”.

Elman Məmmədov qeyd edib ki, bu günlərdə S.Sərkisyanın “Ağdam mənim vətənim deyil” kimi etirafları onların tarixi cinayətlərinin öz dilləri ilə təsdiqidir:

“Azərbaycanlı mülki insanlara qarşı qətliamlar törətmiş Sarkisyan bu qanlı əməllərini BMT tribunasında da etiraf edib. Mən hələ 1992-ci fevralın 9-10 tarixlərində Müdafiə Nazirliyinin baş qərargahında, həm də Nazirlər Kabinetində demişdim ki, Azərbaycan Əsgərandan yolu açıb Ağdamda olan qüvvələri Xocalıya keçirsin. Çünki bununla Xocalının Qərb tərəfindən Xankəndini mühasirəyə alıb təslim etmək mümkün olacaq. Amma bu məsələdə gecikmə olsa, ermənilər Xocalını işğal etsələr, Xankəndindəki qüvvələr Əsgərəna keçirilsə, vəziyyət tamamilə dəyişəcək. Bu günlərdə cani S.Sərkisyan da etiraflarında məhz bunu demək istəyirdi. Sadəcə o dövr hakimiyyətdəkilərin başı özlərinə qarışmışdı. Ermənilərdə bundan istifadə etdilər. Bununla da Xocalını ermənilər işğal etdi və onların xeyrinə dönüş nöqtəsi oldu. Cəllad Sərkisyan da onu etriraf edir ki, Xocalının götürməsəydik o böyük güc və maneə olaraq qalacaqdı. Bununla da ermənilər heç nə edə bilməyəcəkdi”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close