Xankəndidə antiterror əməliyyatları… – Politoloq
Antiterror əməliyyatları Xankəndi şəhərində aparılmalıdır. Bu gün regionda terrorun başı oradadır və terrora son qoymaq üçün öncə o “başı kəsmək” lazımdır.
Bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib.
“Əgər Ermənistan və Rusiya öhdəliklərini yerinə yetirə bilmirlərsə, o zaman Laçın dəhlizi də qapadılmalı, sülhməramlılar isə yalnız Ermənistan-Azərbaycan sərhədində müşahidə aparmalıdırlar”, – o bildirib.
Qeyd edək ki, ötən gün erməni silahlılar Tuğ kəndində Ordumuza qarşı təxribat törədib və bir əsgərimiz şəhid olub. Bunun ardınca antiterror əməliyyatına başlayan Ordumuz 6 erməni silahlısını məhv edib.