“Xankəndiyə, Xocalıya və Xocavəndə azərbaycanlı icra başçısı…” – Deputatdan mühüm açıqlama

Bu gün Şuşa bələdiyyəsinin yaradılması ilə bağlı təkliflər səsləndirilir. Digər təklif isə işğaldan azad olunmuş rayon və şəhərlərin icra hakimiyyətləri tərəfindən deyil, bələdiyyələr tərəfindən idarə edilməsidir.

İşğaldan azad edilmiş şəhər və rayonlarda hansı idarəetmə sisteminin yaradılacağı ilə bağlı fikirlərini bölüşən millət vəkili Fazil Mustafa bildirib ki, həmin ərazilərin bələdiyyələr vasitəsilə idarə olunması məsələsi düzgün yanaşma deyil: “Əslində orada mərkəzləşdirilmiş idarə forması yaradılmalıdır. Təbii ki, bizim icra hakimiyyətləri formasında idarə modeli həmin rayon və şəhərlər üçün uyğun olmayacaq. Düşünürəm ki, Qarabağa, eləcə də işğaldan azad edilmiş rayon və şəhərlərə təyin edilmiş icra başçılarına fərqli səlahiyyət verilməlidir ki, konkret orada bölgələrin bərpa edilməsini təmin edə bilsin. Bundan əlavə, fikrimcə, Dağlıq Qarabağ üzrə də ayrıca idarəetmə sistemi qurulmalıdır. Həmçinin, orada prezidentin xüsusi nümayəndəsinin olması vacibdir. Və bu nümayəndə tərəfindən idarəetmənin bütün tələbləri yerinə yetirilməlidir”.

Deputat qeyd edib ki, Xankəndidə, Xocalıda və Xocavənddə azərbaycanlılarla ermənilər ayrı-ayrı kəndlərdə yaşamalıdır: “Hər birinə də Azərbaycanın digər bölgələrində olduğu kimi, azərbaycanlı icra başçısı və onun nümayəndəsi təyin edilməlidir”. 

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close