Xatirələrə çevrilən anlar
Əziz həmvətənlər!
Şücaətləri və qəhrəmanlıqları ürəklərdə yaşayan cəsur əsgərlər və zabitlər!
Vətən uğrunda canını fəda etməyə hazır olan dəyərli polis əməkdaşları, Daxili Qoşunların, DTX-nın və Əks Kəşfiyyatın iradəli şəxsi heyəti! Döyüş iştirakçıları,qanı qanımızdan olan qardaşlar! Vətəndaş cəmiyyətinin, medianın fəal və sədaqətli nümayəndələri!
Birinci Qarabağ müharibəsinin veteranı kimi böyük “Zəfər günü”- bayramı münasibətilə səmimi təbriklərimi Allah xatirinə qəbul edin! Azərbaycan xalqı, Türk dünyası çoxdan gözlədiyi Zəfər bayramını qeyd edir.
Gözəl vətənimizdə sakit səma altında yaşamağa sevinək və bu günləri göz bəbəyimiz tək qoruyaq. Onun qədrini bilək. Elə yaşayaq ki, vətən uğrunda həlak olanları, qaziləri və veteranları həmişə və hər gün anaq, xatırlayaq! O xatirələrdən heç vaxt ayrıla bilməyəcəyik. Xatirələrə çevrilən o anlar çox dəyərlidir.
Əziz həmvətənlər! Bəşəriyyətə müharibə lazım deyil.Bu gün,böyük itkilər nəticəsində qazanılan həddi böyük qələbədə şənlik var,sevinc şəfəqləri ürəklərə nur saçır…
Şəhidlərimizə, qazilərimizə və döyüşçülərimizə eşq olsun!Ölkədə vətəndaş həmrəyliyinə, milli birliyiə,sabitliyə və təhlükəsizliyimizə zəmanət verən Ali Baş Komandan İlham Əliyev var olsun! Ali Baş Komandanın döyüşlə bağlı əmrlərini yüksək peşəkarlıq və əzmlə icra dən Müdafiə, Daxili İşlər,Dövlət Təhlükəsizlik və digər dövlət qurumların yüksək çinli məmurları sağ olsunlar!!İlk Qarabağ döyüşlərində Azərbaycan Polisinin, DTX-nın,Əks Kəşfiyyatın vətənpərvər,vətənə sədaqət nümayiş etdirən əməkdaşları,habelə könüllülər böyük cəsarət nümunəsi göstərib, qəhrəmanlıq salnaməsi yazıblar…
Qoy Azərbaycan xalqının,Türk dünyasının,müharibəni rədd edən millətlərin üzərində həmişə sakit və aydın səma olsun!Əmin-amanlıq şəfəqləri hər gün,dünyamıza sevinc,xoşbəxtlik bəxş etsin, üzlərdə təbəssüm olsun, körpələrin şaqraq gülüşləri ovqatımıza məlhəm çiləsin!
Qoy müharibənin dəhşətləri yalnız tarixdə qalsın,kitablarda oxunsun, filmlərdə baxılsın.Qoy, vətən uğrunda həlak olan şəhidlərimizin və qazilərimizin şərəf duyulacaq qəhrəmanlıqları,cəsarət və şücaətləri ürəklərdə kök salsın!
Əziz həmvətənlər!
“Zəfər günü” vətən fədailərinin qanıyla yazılan müqəddəs sözdür.Onları ayaq üstə anaq, unutmayaq və unudulmasınlar!Bu günü atəşfəşanlıqla qeyd edək , atəşfəşanlıqla da şəhid övladlarımızdan ibrət götürək!
Səmanın nurlu və sakit olması da,bu zəfərin nəticəsidir.Qoy bir daha müharibə olmasın, analar gözü yaşlı qalmasın,körpələr mərmilərin səsindən hıçqırıb oyanmasın!Heç kim müharibənin ağrı-acısını bir daha dadmasın!
Vətən uğrunda hamı döyüşmək istədi,gedənlər də çox oldu.Amma hamı qayıda bilmədi…
Gözləri yolda qalan analar, sevgililər də çox oldu…”Uşaq Aləmi”ində alınacaq oyuncaqlar sahiblərini çox gözlədilər…Bir daha bütöv Azərbaycanı və bütöv Türk dünyasınıZəfər bayramı münasibətilə təbrik edir,müharibə arzusu ilə yaşayanlara Allahdan əzab yağışı arzulayıram!Tanrı türkün həmişəyaşar liderlərini hifz etsin! Amin!
Şəmsəddin Əliyev