XİN: İran ABŞ-la məhbuslarla bağlı razılaşmanı dərhal yerinə yetirməyə hazırdır

İran ABŞ-la məhbuslarla bağlı razılaşmanı dərhal yerinə yetirməyə hazır olduğunu bildirib.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ dövlət katibinin və bu ölkənin İran məsələləri üzrə xüsusi nümayəndəsinin məhbusların mübadiləsinə görə verdikləri şərhlə bağlı jurnalistlərin suallarına cavab olaraq deyib.

XİN sözçüsü qeyd edib ki, İran İslam Respublikası hərtərəfli birgə fəaliyyət planından asılı olmayaraq, dəfələrlə müxtəlif kanallar vasitəsilə məhbuslar məsələsini həll etməyə hazır olduğunu açıqlayıb: “Bu razılaşmanın həyata keçirilməsi ilə ABŞ-da həbsdə olan, ABŞ-ın qəddar və qeyri-qanuni sanksiyalarını pozmaq kimi saxta ittihamlarla həmin ölkənin məhkəmə sisteminin ədalətsizliyinin qurbanına çevrilmiş günahsız iranlılar azadlığa çıxma imkanı əldə edəcək və zamanda ailələrinin yanına dönərlər”.

N.Kənani bildirib ki, ABŞ tərəfinin bu sahədə fəaliyyət göstərmək və maneələri aradan qaldırmaq əvəzinə, İran əleyhinə yalnız təbliğat şouları həyata keçirməsi təəccüblüdür.

Hamısını Göstər

Related Articles

Back to top button