Xızı sakinindən narkotik vasitələr aşkarlandı

Xızı  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Heybət Heybətov saxlanılıb. Həmin şəxsin  üzərinə baxış keçirilən zaman yarım kiloqrama yaxın marixuana və kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close