Xlopotov: Bu Qələbə ilə Bakı nələr qazandı?

44 günlük müharibənin əsas nəticəsi tarixi ədalətin təntənəli bərpası oldu. Azərbaycan xalqı öz qanuni ərazilərini geri qaytardı, 30 illik münaqişəni öz gücü ilə həll etdi.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov 27 Sentyabr – Anım Günü ilə bağlı danışarkən deyib.

“Separatçıların ordusu tamamilə darmadağın edildi. Bu, böyük və əsl qələbə idi! O qələbə ki, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, ölkəni Cənubi Qafqazda şəksiz lider kimi göstərdi, Türkiyə ilə ittifaqı möhkəmləndirdi və faktiki olaraq Azərbaycana bütün regionda dominantlığı qazandırdı.

Regionun sülh şəraitində inkişaf etməsi üçün Rusiya, Azərbaycan, Türkiyə və İran arasında əməkdaşlığı nəzərdə tutan vahid platforma yaradıldı. Bu isə böyük uğurdur”, – o bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan Ordusu 44 günlük müharibə ərzində nəinki Qafqazda, hətta bütün postsovet məkanında öz əzmini göstərdi:

“Əminliklə demək olar ki, bu müharibə onilliklər ərzində postsovet məkanının əsas hadisəsi oldu”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close