Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.

Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb  - VİDEO
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb  - VİDEO
Hamısını Göstər

Related Articles

Back to top button