“Yaşıl enerji və təmiz ətraf mühit: Biznes üçün inkişaf perspektivləri” mövzusunda tədbir keçirilir

Bakıda mayın 30-da “Yaşıl enerji və təmiz ətraf mühit: Biznes üçün inkişaf perspektivləri” mövzusunda tədbir keçirilir.

Polise.az  xəbər verir ki, tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov dünya ölkələrinin sürətlə bərpa olunan alternativ enerji mənbələrinə keçidi prioritet məsələyə çevirdiklərini vurğulayıb.

Bildirilib ki, ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan ziyanı nəzərə alaraq dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəyə daha çox üstünlük verilir.

O.Məmmədov qeyd edib ki, artıq bu gün ölkəmizdə yeni strategiya formalaşıb. Bu strategiya Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına enerji istehsalını və onun ixrac məsələlərini əhatə edir. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə alternativ və bərpa olunan enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button