“Yaxın günlərdə hücumun necə başlayacağına dair ssenarini açıqlayacağıq…”

ABŞ  milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bəyan edib ki, Vaşinqton yaxın günlərdə Rusiyanın Ukraynaya hücum ssenarisini açıqlayacaq.

Sallivan bu haqda Ağ evdə keçirdiyi brifinq zamanı bildirib.

“Biz bu ssenarini 2014-cü ildə görmüşük. Onlar onu yenidən hazırlayırlar. Administrasiyada növbəti 24 saat ərzində onların hücum üçün hansı bəhanəni hazırladıqları barədə əlavə detallar olacaq və biz onları ictimaiyyətə açıqlayacağıq”, – Ceyk Sallivan deyib.

ABŞ prezidentinin müşaviri əlavə edib ki, bəhanə olaraq Kiyevin Ukraynanın şərqindəki Rusiya qüvvələrinə “hücumunun qaçılmaz olması” barədə saxta məlumatlardan istifadə edilməsi gözlənilir. Hansı ki, bu ssenarinin təfərrüatları tezliklə ictimaiyyətə açıqlanacaq.

Sallivanın sözlərinə görə, hazırda Amerika kəşfiyyatının Rusiyanın hücum planları ilə bağlı topladığı məlumatlar “o qədər də yüksək əminlik yaratmır”.

Xatırladaq ki, daha əvvəl ABŞ mətbuatı kəşfiyyat məlumatlarına əsasən Rusiyanın Ukraynaya hücumunun yanvarın sonlarında-fevralın əvvəllərində başlayacağını yazmışdı.

Bu arada Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədləri istiqamətində hərbi texnika daşıyan dəmir yol eşalonlarının ardı-arası kəsilmir və sosial şəbəkələrdə hər gün bir neçə belə eşalonun hərəkətini əks etdirən videokadrlar yayılmaqdadır. Hətta Ussuriysk ətrafında dislokasiya olunmuş hərbi hissələrin Ukrayna istiqamətinə daşındığı bildirilir. Yayılan kadrlarda tanklar, reaktiv yaylım atəşi sistemləri, yüngül zirehli texnika, hərbi yük maşınları, səhra artilleriyası və digər texnika yüklənmiş qatarların hərəkəti görünür. Yanvarın əvvəlindən bəri Ukrayna istiqamətində onlarla belə eşalonun hərəkəti qeydə alınıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close