Yaxın günlərdə Laçın dəhlizində və Xankənində bir yerdə olacağıq – Şəmsəddin Əliyev yazır

Qısa ezamiyyətdən sonra Şuşadan ayrılıb 6 saat ərzində Bakı axşamlarının qonaqpərvərliyində rahatlandıq. Yolumuz rahat, ZƏFƏR müjdəsini qanları ilə bizə bəxş edən igidlərimizin qəhrəmanlıq səlnaməsinin təcəllası idi. Öyünürdük!

Sutka ərzində mürgüləmədik. Aksiyaya qoşulan könüllülər, QHT-lərin nəcib Xanım Əfəndiləri əsl vətənpərvərlik nümayiş etdirirdilər. Şuşanın təmiz və soyuq havası da istirahəti bizə rəva görmüdü. Qoynunda əli silahlı yadlar yenə “yuva” salmışdılar…

Şüarlar səsləndikcə bizim əsgərlərin yanında cılızlığı ilə seçilən “Sülhməramlılar”yazıq görkəmdə aksiya iştirakçılarını süzür, baxışlarında sanki, “bizim günahımız yox”, ifadəsini hiss etsək də, bir addım geri çəkilmirdilər.

Bu Volkovun-qeyri humanist və yalançı vəd sahibinın əmriydi. Məhz onlar, Vətəndaş cəmiyyətinin və KİV nümayəndələrinin”Volkov gəlsin,cavab versin”, tələbinə günlərdir ciddi yanaşmırlar. Görünən odur ki,vəziyyət “ruscaya” çevrilir. Aksiyanın kükrəyən hayqırtısı gecələr Laçın dəhlizini bürüyüb Xankəndində gizlənən Volkovu da biqərar edib. O, gizlənir, iştirakçılardan qaçır. Niyəsini özü yaxşı bilir…

Bizi, “Sülhməramlılar”ın bəlkə də sezmədiyi və yaxud,buna qəsdən yol verdikləri yekə bir həyasızlıq da narahat edirdi. Bu, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və bizi-hər İki tərəfi taxta çəpərin ayırdığı- “Sülhməramlılar”ın durduğu yerdə RF-nin dövlət bayrağının dalğalanmasıydı.(?)

Düzdür, o bayraq göyü az qala dəlib-deşəcək Azərbaycan bayrağına çatmazdı.Amma narahatlıq ondan ibarətiydi ki,RF-nin dövlət bayrağı istifadələrində olan zirehlərin üzərində olması mübahisə doğurmaz, onlarındır.

Bəs ,”sülhməramlılar”ın missiyasını icra etdikləri və qərar tutduqları yer axı, Azərbaycanın müstəsna mülkiyyətindədir. Orada-azadlığı uğrunda tökülən qanların hesabına vüqarla duran ŞUŞAMIZDA Rusun bayrağı niyə ucalmalıdır? Əlbəttə mən, bunu TV -lərə çatdırdım…

Məni başqa bir məsələ də incitməkdəydi və qabardıqca unuda bilmirdim. Bu, Uzun illər ərzində erməni qəsbkarlarının Azərbaycan xalqına və onun təbiətinə, yerüstü və yeraltı sərvətinə qarşı xüsusi amansızlığı ilə seçilən, insanlıq əleyhinə ,habelə vandalizm cinayətlərinə görə Əlahiddə bir Beynəlxalq hərbi tribunalın yaradılmamasıdır.

Cəzasızlıq mühitindən şirniklənib harınlamış dayçalar, sülh məramından uzaq qüvvələrin gözü qarşısında sərvətimizi qolboyun olduğu İranla(?) açıq şəkildə talayır, ekologiyaya və ətraf mühitə fövqaladə dərəcədə ziyan vururlar. Beynəlxalq cinayət və ölkə Cinayət qanunvericiliyinə görə “Sülhməramlılar” belə cinayətlərin iştirakçısı kimi məsuliyyət daşıya bilərlər. “Qəsdən və şüurlu şəkildə xüsusilə təhlükəli əməllərə yol verdiklərinə görə və s.”

Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların vəzifələri ehtiva edilib: “Ətraf mühiti qorumaq”! Ətraf mühiti və təbiətin mühafizəsi hər bir Azərbaycan vətəndaşının kostitusion vəzifəsi olduğuna görə ermənilərin əməllərini kənardan seyr edə və yaxud bu həyasızlıqlara biganə qala bilməzdik.

Məhz bu baxımdan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyət istiqamətləri vətəndaş cəmiyyətinin mövqeyilə üst-üstə düşür. QHT rəhbərlərinin və KİV-lərin Ölkə Konstitusiyasının tələblərini rəhbər tutması, bir bayraq altında birləşərək, müqəddəs Şuşada ermənilərin 10 noyabr 2020-ci il Bəyannaməsinin tələblərinə və ətraf mühitə zidd, müstəsna hörmətsizliklə davam edən hərəkət və hərəkətsizliklərinə “Yox”-deməsi zərurətdən,vətəndaş mövqeyindən irəli gəlir.Yaxın günlərdə Laçın dəhlizində və Xankəndində görüşənədək!Tanrı vətəndaşlarımıza dayaq olsun! Amin!!

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button