Yeni xəbərdarlıq: “Evdə də maska taxın” – Peyvənd virusu sıfırlamayacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) COVID-19-dan qorunmağın ən vacib vasitəsi olan maskalar haqqında kritik xatırlatma ediblər.

ÜST-ün Təcili Yardım Proqramının direktoru professor Mişel Ryan peyvəndlə qorunmaq üçün yüksək gözləntilərə diqqət çəkib.

“Peyvəndlər COVID-19-u sıfırlamayacaq. Peyvəndlər sahib olduğumuz vasitələrə böyük bir güc qatacaq. Ancaq vaksin bütün işləri təkbaşına edə bilməz Buna görə də maskalardan istifadəyə davam etməliyik”.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) epidemiyanın mərkəzinə çevrilən Amerikada dəhşətli artımdan sonra maskalarla bağlı xəbərdarlıqlarını və tövsiyələrini yeniləyib. Maska taxmağın daha da kritik hala gəldiyini ifadə edən CDC, bəzi hallarda insanların evdə belə maskalardan istifadə etmələrinin vacibliyini vurğulayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button