Yol polisləri məktəbdə şagirdlərlə görüşüblər

Azyaşlılara təhlükəsiz davranış vərdişlərinin aşılanması, yol hərəkəti
qaydalarının onlar arasında təbliğinin gücləndirilməsi və uşaq travmatizminin
qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
Bölməsinin əməkdaşları tərəfindən Qazangül qəsəbə tam orta məktəbində
maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, tədbirdə məktəblilərə yol nişanları, təhlükəli vəziyyətlərə
gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar
barədə ətraflı məlumat verilib. Bu cür maarifləndirici tədbirlərin piyadaların
iştirakı ilə baş verən qəzaların sayının azalmasında mühüm əhəmiyyət kəsb etdiyi
diqqətə çatdırılıb.
Sonda şagirdlərə yol nişanları barədə məlumatı özündə əks etdirən kitabçalar
paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button