Yunanıstan sahillərində gəmi qəzasında 15 miqrant ölüb.

Yunanıstanın Lesbos adası sahillərində miqranları daşıyan gəminin qəzaya uğraması nəticəsində ən azı 15 nəfər ölüb.

Bu barədə “Frans Press” agentliyi Yunanıstan sahil mühafizəsinə istinadən məlumat yayıb.

Sahil mühafizəsindən bildirilib ki, gəmidə 40 nəfər olub. Qəza nəticəsində daha 5 nəfər itkin düşmüş sayılır.

Hamısını Göstər

Related Articles

Back to top button