Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədi bərpa ediləcək
Qafan şəhərinin meri Qevorq Parsyan Ermənistan və Azərbaycanın dövlət sərhədi bölgəsindəki strateji yüksəkliklərdə erməni ordusunun müdafiə istehkamlarının sökülməsinə başladığını açıqlayıb.
“Sputinik Ermənistan”a istinadən bildirilir ki, o, obyektlərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini deyib.
Ermənistan ordusunun sərhəddəki müdafiə istehkamlarının sökülməsi…
“”Müdafiə Nazirliyinin könüllülərinə təchiz olunmuş mövqelərindən uzaqlaşaraq Sovet sərhədlərinə getmələri bildirilib”. Azərbaycan Silahlı Qüvvələri yaşayış massivimizdən 1 km, hava limanından 200-300 metr məsafədə olacaq”, – Parsyan əlavə edib.
Erməni telegram-kanallarının məlumatına görə, sabah saat 17:00-a qədər Qafan ətrafındakı bütün yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.
Qeyd edək ki, bu yüksəkliklər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda Azərbaycanın Zəngilan bölgəsi ərazisindədir.