Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çallı kənd tam ortaməktəbində «Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici tədbirkeçirilib.

Tədbirdə çıxış edən rəis müavini, polis polkovnik-leytenantı İkram
Əhmədov bəşəriyyətin ən böyük bəlasına çevrilən narkomaniyanın insan
sağlamlığına vurduğu zərərlərdən danışıb. O, bildirib ki, müasir dövrdə “ağ ölüm”
kimi tanınan bu zərərli maddələrin aludəçisinə çevrilən şəxslər normal həyata
qayıtmağa çətinlik çəkir, vaxt keçdikcə isə cəmiyyətdən tamamilə təcrid olunmağa
başlayırlar. Onlar arasında isə ən çox gənclərə rast gəlinir. Çünki narkotik
vasitələrin zərərləri barədə kifayət qədər məlumatı olmayan gənclər bu
maddələrdən bir neçə dəfə istifadə etdikdən sonra onun təsiri altına düşür, öz
parlaq gələcəyini bilə-bilə məhv edirlər. Buna görə də, siz gənclər bu cür
əməllərdən kənar gəzməli, belə hallarda rastlaşdıqda isə valideynlərinizə və
müəllimlərinizə, eləcə də polis əməkdaşlarına məlumat verməlisiniz.
Daha sonra çıxış edən digər iştirakçılar narkomaniyaya qarşı ölkəmizdə
aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu
istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs
ediblər.
Tədbirin sonunda məktəblilərə narkomaniyanın zərərlərini əks etdirən
videoçarx nümayiş olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button