Zərdabda maarifləndirmə tədbiri keçirilib

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kəndəbil kənd tam
orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri
keçirilib.
Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Urman Ağayev
ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması
istiqamətində görülən tədbirlərdən danışıb.
Daha sonra çıxış edən RPŞ-nin əməkdaşı, polis kiçik leytenanti Ziya
Məmmədrəhimli məktəblilərə bu vasitələrin cəmiyyətə və insanların sağlamlığına
vurduğu zərərlər barədə məlumat verib və keçirilən tədbirlərin mahiyyətini
şagirdlərin diqqətinə çatdırıb.
Tədbirinin sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş
etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button