Zaqatalada axtarışda olan şəxsdən tiryək götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat
zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq
istintaqa cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik
vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik və oğurluq
cinayətləri törətdiyi üçün məhkum olunmu Eldar Xasayev saxlanılıb. Üzərinə
keçirilən baxış zamanı ondan külli miqdarda tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, E.Xasayev bir müddət əvvəl Bakı şəhərində törətdiyi cinayətə
görə axtarışda olub.

Hamısını Göstər

Related Articles

Back to top button