Zaqatalada çətənə kolu yetişdirən şəxs saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş Qurban Qazıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Aşağı Tala kəndi ərazisində saxlanılan şəxsə məxsus fındıq bağına baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 33 kiloqramdan artıq olan 51 ədəd çətənə kolu aşkarlanıb.Q.Qazıyev ifadəsində narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.

Hamısını Göstər

Related Articles

Back to top button