Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri  istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki  regional qrupundan polise.az-a verilən məlumata görə, rayon ərazisində hərəkət edən “VAZ-2115” markalı avtomobildə sərnişin qismində əyləşən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini  Arif Muhumayevin satış məqsədilə üzərində külli miqdarda narkotik vasitə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Avtomobilin hərəkəti dayandırılıb və şəxsi axtarış zamanı A.Muhumayevin üzərində daşıdığı sintetik kisədən 6 kiloqram narkotik vasitə -qurudulmamış marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close