Zaqatalada qaydaları pozan 23 sürücü cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə profilaktik tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən nəzarət tədbirləri zamanı kobud qayda pozuntularına yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanıb. Yol hərəkəti qaydalarını pozan həmin şəxslərin hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və ümumilikdə 23 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

Hamısını Göstər

Related Articles

Back to top button