Zelenski: “Putin orduya daha 100 min əsgər cəlb edib”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı mühüm açıqlamalar verib.

Teleqraf xəbər verir ki, Zelenski öz videomüraciətində Rusiya prezidenti Vladimir Putinin müharibəni davam etdirməyə hazırlaşdığını iddia edib.

O, Rusiya ordusuna daha 100 min yeni əsgərin cəlb olunduğunu vurğulayıb.

“Sülh danışıqları Rusiya prezidentinin gündəmində deyil. Putin yeni ordu qüvvələri formalaşdırır. Bunlar məndə olan kəşfiyyat məlumatıdır”, – deyə Ukrayna lideri fikrini tamamlayıb.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button