ZELENSKİYƏ DƏSTƏK

Ötən gün Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna Prezidenti Volodimir Zelenskini ad günü münasibətilə təbrik edib.

Polise.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Zurabişvili Zelenskiyə “yorulmaz mübarizəsində” güc arzulayıb. Prezidentin sözlərinə görə, Ukraynanın qələbəsi Gürcüstanın qələbəsi olacaq: “Cənab Prezident, sizi ad gününüz münasibətilə təbrik edirəm və növbəti ad gününüzü azad və vahid Ukraynada qeyd etməyi arzulayıram! Azadlıq və suverenlik uğrunda bu yorulmaz mübarizədə sizə güc və dözüm arzulayıram! Sizin qələbəniz bizim qələbəmiz olacaq!”, – deyə prezident qeyd edib.

Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Volodimir Zelenskinin ad günü idi – onun 45 yaşı tamam olub.

Göründüyü kimi, Gürcüstan prezidenti “Sizin qələbəniz bizim qələbəmiz olacaq!” mesajını verməklə bütün sözsöhbətlərə nöqtə qoyub.

Qeyd edək ki, son vaxtlar iki ölkə arasında qalmaqallar, Rusiya ilə münasibətlər fonunda qarşılıqlı ittihamlar yaşanmaqdadır.  

Hətta bu günlərdə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Ukrayna mediasına qalmaqallı açıqlama da vermişdi və buna görə Gürcüstan XİB-ə çağrılaraq izahat verməsi tələb olunmuşdu. 

Gürcüstan Baş nazirinin müavini Teya Tsulukiani isə KİV-ə bildirib ki, Gürcüstan rəhbərliyi yol verməyəcək ki, Gürcüstan dövləti hərbi qarşıdurmaya cəlb edilsin.  Və buna görə də ölkəsi hərbi münaqişə tərəfləridən heç birinə hərbi tipli yardım göstərməyəcək. 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button