Ziya Məmmədovun qardaşının şirkəti fəaliyyətini DAYANDIRIR

Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verir. 

Bu barədə İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verilir. 

Məlumata görə, buna səbəb şirkətin “Top Properties” MMC-yə qoşulmasıdır. Bununla əlaqədar, 2-ci yenidən təşkil olunacaq.

Xatırladaq ki, “Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib. 

“Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır. 

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close