Zurabyan: Paşinyan hələ də anlamır ki, Tramp Əliyevlə razılaşıb

Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan sosial mediada Baş nazir Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla fotosunu paylaşıb.

Teleqraf xəbər verir ki, o, foto üzərindəki qeydində Ermənistan rəhbərini ələ salıb.

Siyasətçi Amerika liderinin Azərbaycan Prezidenti İlham Əliyevdən fərqli olaraq, Nikol Paşinyanı ciddiyə almadığını bildirib:

“Bu adam (Nikol) hələ də başa düşməyib ki, Tramp artıq İlham Əliyev və Binyamin Netanyahu ilə sövdələşib. Amma bu adamın (Nikolun) taleyinə o yazılıb ki, müxtəlif sammitlərdə protokolu pozaraq Trampın yanına qaçsın və bir gün onu “o biri oğlan” kimi qəbul edəcəyi ümidi ilə desin: “Mən Ermənistanın baş naziriyəm, həmişə o mübarək ayağınızın dəydiyi yerdə olmaq istəyirəm”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsinin həllində öz rolundan danışarkən, Ermənistan Baş naziri Nikol Paşinyanın adını unudub: “Azərbaycan dövlət başçısı və o biri oğlan…”.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button