Haqqımızda

Polise.az- müstəqil, informasiya  analitik  və monitorinq  portalı “Polisə Dəstək” İctimai Birliyinin xəbər saytı kimi 2020-ci ilin  fevral ayında hüquqşünas-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Qızıl Qələm” media mükafatı laureatı  Şəmsəddin Əliyev  tərəfindən  təsis edilmişdir.

“Polise-az xəbər portalının yaradılmasında məqsəd hüquqi   dövlətin inkişafında və vətəndaş cəmiyyətinin  formalaşdırılmasında fəal iştirak etmək, cinayətkarlıqla  mübarizədə ölkənin polis orqanlarına ictimaiyyətin dəstəyini  təmin etmək sahəsində maarifləndirmə işinin həyata keçirilməsindən ibarətdir. Bu missiyada vətəndaş  təşəbbüslərinə, təklif və məlumatlara qayğı ilə yanaşmaq, cinayətkarlığı doğuran  səbəb və şəraitin zərərsizləşdirilməsinə istiqamətlənən sosial  layihələrin realizə olunmasında dövlət orqanları və təşkilatlarla  əməkdaşlığı qurmaq polis-cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə imkan verəcək.

İnternet-portal polise.az ölkədə əhəmiyyət kəsb edən cari xəbərləri – siyasi, iqtisadi sahədə əldə edilən təhlilli məlumatları oxuculara  çatdıracaq, cinayətkarlıqla mübarizə sahəsində hüquq-mühafizə  orqanlarının peşəkar əməkdaşlarından müsahibələr  dərc edəcək, şərhlər alacaq, aktual mövzuları əhatə edən informasiyalar yaymaqla dünyada baş verənlər barədə ekspert rəylərilə oxucuları məlumatlandıracaqdır. Saytımızda “isti” xəbər və yeniliklərlə  də tanış olmaq mümükündür.

Saytımızda hüquq sahələrinə dair məsələhətlər almaq və reklamlar yerləşdirmək olar.

Müstəqil Azərbaycan Respublikasının 100 illik tarixində ilk dəfədir ki, polisin adı ilə bağlı media xəbər saytının fəaliyyət   göstərəcəyinin şahidi oluruq.

Sayt cinayətkarlıqla mübarizəyə dair ictimai, siyasi, iqtisadi  və sosial faktorlar barədə akademik məlumatlara üstünlük verəcək.

Sonda: Ölkənin iqtisadi inkişafı xoş təəssürat yaradır, insanların  rifah halı yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Bununla yanaşı dinamikada vəzifəli şəxslərin etibardan və göstərilən etimaddan sui-istifadələri, şəxsiyyət və ictimai mənəviyyat, vətəndaşların  həyat və sağlamlıqları əleyhinə olan cinayətlərin qeydə alınması hər birimizi məyus edir. Amma, bu da, cəmiyyətin inkişafı və dəyişikliyi ilə bağlıdır.

Beləliklə, bizi izləyin.

Şəmsəddin Əliyev 

Back to top button