Şef-Redaktordan

“Hörmət və ehtiramla yad etdiyim çox dəyərli həmvətənlər və həmkarlar, hər birinizi xoş gördük!

Həyatımın ən maraqlı, enerjili və narahat günlərini şərəfli bir missiyada –cinayətkarlıqla mübarizə aparan Polis orqanlarında keçirmişəm. Hakimiyyətin ayrılmaz tərkib hissəsi olan spesfik bir orqanda xidmətim vətənə, xalqa, dövlətə və dövlətçiliyə olan xidmətin ana xəttini özündə ehtiva edir. Bu mənada mən, polisə çox borcluyam- -desəm yəqin məni qınamazsız. 

Polisdə uzun illər çalışmasaydım çox güman ki, Vətən savaşının canlı iştirakçısı – komandiri də olmazdım. “Vətən, Ana çağırır” –deyə döyüşdə iştirakım biblioqrafiyamın zəngin sətirlərindəndir… Lazım gələrsə indi də canımdan və qanımdan keçməyə tərəddüd etməyəcəyəm.

Əziz həmvətənlər! “Polise.az” xəbər portalı uzun illər ərzində səpdiyim toxumların nəticəsi olaraq əvvəlcə düşüncələrimdə ərsəyə gəldi və sonra rəsmiləşdi. Bu sizin saytınızdır,ana dilimizdə oxunub eşidilən bir media kanalının olacağına zərrə qədər şübhəniz olmasın. Sayt 2020-ci ilin min aydan xeyirli – Ramazan ayında, göydən mələklərin Rəbbimizin təcəllası ilə endirdiyi bərəkət, əmin amanlıq, sevgi, birlik və xeyirxahlığın qərar tutduğu bir ayda yarandı. Uca Allah dərəcəyə çatdırsın!

Əziz həmkarlar! Rəssam bir dağın mənzərəsini fırçasına alarkən mütləq dərəyə enib,dağı qalxmağa, təpələri aşmağa borcludur. Dağı libası ilə örtən meşələri diqqətlə “müayinə” edib baxışları ilə qəlbinə və təfəkkürünə hopdurduğdan sonra, qoynunda məhkum olduğu mənzərəni kətan parçaya köçürə bilər. Əks halda əsər alınsa da ziyarətçilərin diqqətini çəkməz. 

Təbiətin nazlı gəlinə bənzər gözəlliyini əyani şəkildə görməyən,duymayansənətçi onu necə vəsf edə bilər?! Ona görə “Polise.az” saytının səbr ilə ərsəyə gəlməsinə zaman zəmin yaratdığından mənə çox şirindir. Qoy, yüzlərlə xəbər portalları sırasında bir sayt da, 100 il ərzində narahat gecələri və gündüzləri ilə ictimai təhlükəsizliyi və ictimai qaydanı, insanların həyat və sağlamlıqlarını qoruyan, şəxsiyyətin toxunulmazlığını cani dildən təmin etməyi özünün vəzifə borcu hesab edən həmişəyaşar polislərimizin adı ilə yer alsın.

“Karantin Rejimində” polisin hamıya görk olacaq özünə xas xidmətinin artıq şahidi olduq, vətəndaş məmnunluğu ilə artan nüfuzuna nüfuz qatıldı. Sayt bir növ polis orqanlarına ictimai dəstəyin təmin edilməsi üçün həssas bir körpüdür, iki tərəf arasında münasibətləri tənzimləyən normativ bir media körpüsü… Uğurlu olsun!

Əziz həmvətənlər! İnanıram ki, təsis etdiyim və Şef Redaktoru olduğum “Polise.az” xəbər saytının canlı bələdçiləri kimi Siz, ictimai nəzarəti həyata keçirən şəxs-fərd olaraq yersiz, şit, yalan, iftira dolu və həqiqəti əks etdirməyən məlumatları yaymağa imkan verməyəcəksiniz. Öncədən məmnunluğumu ifadə edirəm və sizlərə güvənirəm!

“Polise.az” media xəbər portalına nəzəri-diqqətiniz bu mübarək ayda ibadətə bərabar tutular. Onu oxuduğunuza və baxışlarınıza görə, Rəbbimiz zəhmətinizi bihudə və mənasız etməz!

Qənaətimə görə, vətəninə və xalqına yalnız hədsiz məhəbbət və sədaqət nümayiş etdirməklə qələbə qazanmaq olar. Dünyamız çox gözəl və maraqlıdır. Hər şeyi əldə etmək olar, hədsiz dərəcədə zəngin də olmaq mümkündür. Amma, haqq və ədaləti asanlıqla əldə etmək mümkünsüzdür. Bu, İlahi bir hikmətdir. Həqiqəti yaymaqla haqsızlığı dəfn edə bilərik.

Hipotetik düşüncəmə görə cəmiyyətimizdə qarşılıqlı sevgi, hörmət və ehtiram olarsa ulduzları da hərəkətə gətirə, bir olsaq, gücümüzlə ən uca üfüqdə olan “ulduzları da tut kimi yerə səpələyə bilərik”. Gücümüz birlikdə olanda ölkədə prinsipallıqla davam edən islahatlara, mütəşəkkil cinayətkarlıqla mübarizədə, məmur özbaşınalıqlarına qarşı dövlət başçısının sərt mövqeyinə dəstək ola, ictimai nəzarəti həyata keçirə və qırmızı zolağı pozanları “Dur”-deyə susdura bilərik.

Buyurun! Xəbərlərləri izləyib rəy və təkliflərinizi bildirin. Öncədən Sizinlə bir yerdə olmaqdan məmnunam. Allah millətimizi qorusun!

İntizarda olduğumuz gün tez gəlsin və Sizləri “Qarabağ azad olundu” xəbəri ilə müjdələyim. Amin!

“Polise.az” la əməkdaşlığınız və bizi izlədiyiniz üçün hər birinizə hörmət və ehtiramla

Şəmsəddin  Mənsuroğlu

Back to top button
Close