Haqqımızda

Polise.az- müstəqil, informasiya  analitik  və monitorinq  portallı xəbər saytı  2020-ci ilin  fevral ayında hüquqşünas-publisist,Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Qızıl Qələm” media mükafatı laureatı  Şəmsəddin Əliyev  tərəfindən  təsis edilmişdir.

“Polise-az.xəbər portalının yaradılmasında məqsəd  hüquqi   dövlətin  inkişafında   və vətəndaş  cəmiyyətinin  formalaşdırılmasında   fəal iştirak etmək,cinayətkarlıqla  mübarizədə  ölkənin polis orqanlarına  ictimaiyyətin dəstəyini  təmin etmək sahəsində maarifləndirmə işinin həyata keçirilməsindən ibarətdir. Bu missiyada  vətəndaş  təşəbbüslərinə, təklif  və məlumatlara  qayğı ilə yanaşmaq, cinayətkarlığı  doğuran  səbəb və  şəraitin zərərsizləşdirilməsinə istiqamətlənən  sosial  layihələrin  realizə  olunmasında dövlət orqanları və  təşkilatlarla  əməkdaşlığı   qurmaq polis-cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə imkan verəcək.

İnternet-portal  polise.az  ölkədə  əhəmiyyət kəsb edən  cari xəbərləri -siyasi, iqtisadi  sahədə əldə edilən təhlilli  məlumatları oxuculara  çatdıracaq, cinayətkarlıqla  mübarizə sahəsində  hüquq-mühafizə  orqanlarının   peşəkar əməkdaşlarından  müsahibələr  dərc edəcək,şərhlər alacaq, aktual  mövzuları  əhatə edən  informasiyalar yaymaqla dünyada  baş verənlər barədə ekspert  rəylərilə oxucuları məlumatlandıracaqdır. Saytımızda  “isti” xəbər və  yeniliklərlə  də tanış  olmaq mümükündür.

Saytımızda   hüquq sahələrinə  dair   məsələhətlər almaq və reklamlar yerləşdirmək olar.

Müstəqil  AzərbaycanRespublikasının  100 illik  tarixində  ilk dəfədir ki,  polisin adı ilə bağlı  media xəbər saytının  fəaliyyət   göstərəcəyinin  şahidi oluruq.

Sayt  cinayətkarlıqla  mübarizəyə dair  ictimai, siyasi, iqtisadi  və sosial faktorlar  barədə akademik  məlumatlara üstünlük verəcək.

Sonda:Ölkənin  iqtisadi  inkişafı  xoş  təəssürat yaradır, insanların  rifah halı  yaxşılaşır,həyat səviyyəsi  yüksəlir.Bununla yanaşı dinamikada  vəzifəli  şəxslərin etibardan və göstərilən etimaddan sui-istifadələri, şəxsiyyət  və ictimai  mənəviyyat, vətəndaşların  həyat  və sağlamlıqları  əleyhinə olan  cinayətlərin  qeydə alınması hər  birimizi məyus edir. Amma, bu da, cəmiyyətin inkişafı və dəyişikliyi ilə bağlıdır.

Beləliklə, bizi izləyin.

Şəmsəddin Əliyev 

Back to top button
Close