Əfqanıstanda Ramazan bayramından sonra yenidən müharibə başlayacaq?
Talibandan öncəki Əfqanıstan hakimiyyətinin 37 yaşlı generalı Sami Sadat Əfqanıstanda yenidən müharibə başladacağını və Talibanı devirəcəyini bildirib.
General ölkənin cənubunda yerləşən Hilmənd vilayətindəki 20 minlik orduya komandanlıq edirdi. ABŞ və qərb ölkələri tərəfindən dəstəklənən Sami Sadatın hal-hazırda hansı ölkədə olduğu dəqiq bilinmir. O bildirib ki, Ramazan bayramından sonra müharibəni başladacaq.