Əfqanıstanda silsilə partlayışlar nəticəsində ölənlərin sayı artıb
Əfqanıstanda 33 nəfərin həlak olduğu bildirilən İmam Sahib məscidindəki partlayışla yanaşı, daha iki terror aktı qeydə alınıb.
Belə ki, aprelin 22-də Məzari-Şərif şəhərinin məscidindəki analoji hadisə azı 11 nəfərin həyatına son qoyub, daha 32 nəfər yaralanıb. Bununla yanaşı, Künduz şəhərində baş verən daha bir partlayışda 11 nəfər zərər çəkib.
Son iki insidentə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.